Ermənistan hakimiyyəti Parisin mərkəzində 23 milyona mülk alır
Ermənistan hakimiyyəti Parisdəki səfirlik üçün 23 milyon avro dəyərində bina almağı planlaşdırır.
Publika.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, sövdələşməni rəsmiləşdirmək üçün 10% - 2,3 milyon avro avans ödəmək lazımdır - müvafiq layihə Ermənistan hökumətinin fevralın 15-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Bina Parisin 16-cı kvartalında yerləşir və tarixi dəyərə malikdir. O, Fransanın keçmiş prezidenti Valeri Jiskar d'Estenə məxsus olub.
Xarici İşlər Nazirliyi binanın real dəyərinin xeyli yüksək olduğunu iddia edir.
Bütün əməliyyat prosesi 3-4 ay çəkəcək.
Bundan əvvəl Ermənistan Londonun mərkəzində, Vestminsterdəki Müqəddəs Ceyms meydanında yeni səfirlik binası alıb. Onun alınması 17 milyon 380 min funt-sterlinqə (8 milyard dramdan çox) başa gəlib.