bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək? - VİDEO

14-03-2024, 14:56 0 dəfə baxılıb








Bir neçə ildir ki, metronun “Koroğlu” stansiyasının yaxınlığında ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin inşa etdirdiyi Nəqliyyat Mübadilə Mərkəzi var. Burada sərnişinlərin avtobuslara minib-düşməsi rahatlaşdırılıb və mərkəzləşdirilib.

Publika.az xəbər verir ki, yaxın vaxtlarda metronun “Koroğlu” stansiyasının genişləndirilməsi nəzərdə tutulur ki, bu zaman həmin mərkəzin sökülməsi baş verəcək.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov qeyd edib ki, stansiyaların yeri konseptual inkişaf sxemi təsdiq olunduqdan sonra əsas istiqamətlər üzrə bəllidir. Xətlərin ayrılması layihəsinin tərkib hissəsi kimi metronun “Dərnəgül” stansiyasından “Koroğlu” stansiyasına qədər üç yeni stansiyanın inşası nəzərdə tutulub: “Sizin genişləndirmə dediyiniz də məhz yaşıl xətt üzərində “Koroğlu”ya keçid olacaq bir stansiyanın inşasını nəzərdə tutur. Layihə əsasında həmin stansiyanın yeri bu gün “Koroğlu” stansiyasının üzərində olan Nəqliyyat Mübadilə Mərkəzinə düşür. Lakin onu xüsusi qeyd edim ki, real layihələrin həyata keçirilməsinə başlandıqda stansiyanın yeri ilə bağlı dəqiqləşmə işləri aparılacaq. Bu məsələyə qarşıdakı dövrdə baxılacaq. Amma tam razıyam ki, “Koroğlu NMM”in yerləşmə yeri təxminən həmin stansiyanın inşaat meydançasına düşür. Narahat olmağa ehtiyac yoxdur. Qarşıdakı yeni inşaat prosesi başlanan dövrdə bu məsələ müsbət həllini tapacaq. Bundan hər hansı bir ictimai nəqliyyatdan istifadə edən insanlar zərər görməyəcəklər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930