bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Sahurda bu qidaları yeməyin! - Xəbərdarlıq

21-03-2024, 09:18 1 dəfə baxılıb






Yeditepe Universiteti Qidalanma və Pəhriz Bölüm rəhbəri dosent Binnur Okan Bakır Ramazan öncəsi sahur və iftar qidalanması ilə bağlı mühüm xəbərdarlıqlar edib.

Publika.az xəbər verir ki, mütəxəssislər Ramazan ayında sağlam qalmaq üçün düzgün qidalanma seçimlərinin edilməsinin vacibliyini vurğulayıblar.

Bu prosesdə düzgün seçimlər ümumi sağlamlığımıza böyük töhfə versə də, uyğun olmayan qida seçimləri və qidalanma tərzləri də sağlamlığımıza zərər verə bilər. İlk tövsiyələrdən biri sahura oyanmaq və günün əvvəlində ilk yeməyinizi yeməkdir. İftarı mümkün qədər iki əsas yeməyə bölmək, daha sonra qan şəkərinizi balanslaşdırmağa kömək edəcək kiçik qəlyanaltılar qəbul etmək vacibdir.

Sahurda istehlak ediləcək qidalar arasında liflə zəngin sağlam karbohidratlar olan təzə tərəvəz, meyvə və işlənməmiş taxılların olması, süd, qatıq və pendir kimi kalsium qaynağı istehlak etmək lazımdır.

Tərkibində sağlam yağlar olan qoz-fındıq və zeytun istehlakı da qan şəkərinin idarə olunmasına və toxluğun uzamasına kömək edəcək. Çox duzlu, qızardılmış və qovrulmuş çox yağlı qidalardan, kolbasa, sosiska kimi emal olunmuş ət məhsullarından uzaq durmaq lazımdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930