bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ermənilər işğal altındakı kəndlərimizi boşaldır?

22-03-2024, 14:34 0 dəfə baxılıb






Martın 18-də Nikol Paşinyanın Tavuş sakinləri ilə görüşündən sonra Noyemberyanın (Barana -red.) sərhəd zonasının kəndlərində məskunlaşan sakinlər həmin yerləri tərk edirlər.

Publika.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri erməni jurnalist Oskan Sərkisyan deyib.

“Voskeparda (Əskipara - red.) məskunlaşan Qarabağdan gəlmiş üç ailədən 2-si buranı tərk edib. Voskevan (Xoşkotan -red.) kəndində məskunlaşan 12 ailədən 4-ü həmin ərazini tərk edib, Ararat vadisində, Ermənistanın başqa yerlərində məskunlaşmağa hazırlaşır. Ermənistana mal gətirən iri yük maşınlarının əksəriyyəti indi Baqrataşendən (Lənbəli -red.) İrəvana, Ermənistan sərhədinə Bağanis-Voskepar (Bağanis Ayrım-Əskipara red.) yolu ilə deyil, Alaverdi yolu ilə gəlir. Noyemberyandan keçən yük maşınları var, onların əksəriyyəti sərhəd zolağından keçən yola deyil, Bağanis-Voskepar dolama yoluna üstünlük verir”, - O.Sərkisyan bildirib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930