"Bu baş versə, yaxın günlərdə nüvə müharibəsi başlayacaq" - ŞOK PROQNOZ
"Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərmək qərarına gələrsə, yaxın günlərdə nüvə müharibəsi olacaq".
Publika.az xəbər verir ki, bunu ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Scott Ritter jurnalist Endryu Napolitano ilə söhbətində deyib.
Onun sözlərinə görə, o təsəvvür edə bilməz ki, fransızlar həqiqətən bir səhər yuxudan durub Parisin dağıdılmasını görmək istəyirlər.
"Onlar oyanmayacaqlar", - Ritter deyib.
Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Cosef Borrell Aİ-nin Brüssel sammiti zamanı Ukraynaya avropalı əsgərlərin göndərilməsi planlarını tənqid edib . Onun fikrincə, avropalı siyasətçilər vətəndaşları müharibənin qaçılmazlığı ilə qorxutmamalıdırlar.
Xatırladaq ki, fevralda Fransa lideri Aİ ölkələrindən Ukraynaya qoşun yeritmək imkanını şərh edərkən belə bir ssenarini istisna etməyib. Onun bu açıqlaması Avropa ölkələrinin liderləri arasında kəskin reaksiyaya səbəb olub.