F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi
Rusiya Prezidenti Vladimir Putin Ukraynaya yardım edən üçüncü ölkələri hədələyib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin həmin ölkələrin aerodromlarının hədəfə alına biləcəyini bildirib.
Dövlət başçısı bu məsələyə Tver vilayətində hərbi pilotlarla söhbəti zamanı toxunub.
“Əgər F-16-lar üçüncü ölkələrin aerodromlarından Rusiya Silahlı Qüvvələrinə qarşı istifadə edilərsə, onlar Rusiya Federasiyası üçün qanuni hədəfə çevriləcəklər”, – Putin vurğulayıb.
Putin həmçinin bildirib ki, F-16-ların Ukraynaya mümkün tədarükü döyüş meydanındakı vəziyyəti dəyişməyəcək:
"Bu gün tankları, zirehli texnikaları, o cümlədən çoxsaylı buraxılış raket sistemlərini məhv etdiyimiz kimi, təyyarələri də məhv edəcəyik”.