bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

“Yaşıl dünya-2024” ili cəçivəsində “Birlik Bərabərlik Vəhdəti” adlı Elmi Seminar

23-07-2024, 22:05 5 dəfə baxılıb




TehsilForumu.Az - "Zəfər Yolu " Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar
Dəstək ictimai birliyinin sədri, zefernews.az saytının təsisçisi və rəhbəri, Dünya Afşarlar Dərnəyinin Azərbaycan üzərə təmsilçisi-başkanı Pərvanə Salman qızı Abdullayevanın təşkilatçılığı, Dünya Avşarlar Dərnəyinin dəstəyi ilə “Yaşıl dünya-2024”ili çərçivəsində “Birlik Bərabərlik Vəhdəti” adlı keçrilən Elmi Seminarda:



"Sağlamlığımızı,doğmalarımızı ,dünyamızı qoruyaq" layihəsi cərçivəsində (layihə rəhbəri Akademik Yaşar İbadov) "Sağlam düşüncə, Sağlam mühüt, İnsanlığın qorunması" mövzusunda "Alternativ Pisixologiya" Elmiinin müəllifi,Tibbi-biologiya elmləri doktoru, professor, Oksford Unvetsitetinin akademiki Yaşar Saday oğlu İbadovun çıxışı maraqla dinlənilmişdir.



Beynəlxalq səviyyədə Dünya təbabətinə elmi yeniliklər gətirmiş azərbaycanlı alim, akademik Yaşar Saday oğlu İbadov “Alternativ psixologiya” elminə 3 mart 2003-cü ildə Moskva şəhərində müəlliflik şəhadətnaməsi (№ 6274) almışdır. Bu elm zaman və məkanda canlı sistemlərin şəkil dəyişməsini – bir haldan başqa hala keçməsini və hərəkət tərzini öyrənir. “Alternativ psixologiya” yeni bir elm kimi canlı sistemlərin zaman və məkan daxilində davranışlarının və metamorfozalarının öyrənilməsində yeni imkanlar açır. Tibbi biologiya üzrə elmlər doktoru, professor Y.S.İbadovun tətbiq etdiyi psixoqrafiya metodu (“Metamorfoza səbəbi üzrə iş” metodu) canlı orqanizmlərin faza sistemlərinin tədqiqindən və onların həyat fəaliyyətini pozan neqativ informasiya mənşəli blokların üzə çıxarılmasından ibarət olub, insanın mənəvi-psixoloji yüksəlişinə xidmət edir. Metodun tətbiqi təbiətlə insan arasında olan qarşılıqlı təsirlərin xarakterini qiymətləndirməyə imkan verir, təkcə fiziki bədəni deyil, həm də energetik bədənləri təmizləməyə və sağlamlaşdırmağa imkan yaradır. Neqativ enerji və informasiyalardan azad olmaqla insan orqanizmində pozitiv enerji balansının tənzimlənməsilə – harmoniyanın bərpası və normada saxlanması istiqamətində insanların tibbi-psixoloji sağlamlığının qorunması yolunda beynəlxalq səviyyədə Dünya təbabətinə elmi töhfələr vermişdir. Professor Y.S.İbadovun tibb sahəsində olan elmi yenilikləri yüksək qiymətləndirilmiş və Avroasiya ölkələri üzrə “Enerqoinformasion diaqnostika və müalicə üsulu” adında 29 dekabr 2005-ci il tarixli patent almışdır № 006449 (protokol № a 20040215, 21.10.2004-ci il).



Metodun tətbiqi bioenergetik matrisanı tədqiq etməkdə və enerqoinformasion gigiyena elmində yeni yollar açır, sağlamlıq proqramının enerqo informasion səviyyədə bərpa olunmasını mümkün edir. Professor Yaşar İbadov müəllifi olduğu “Alternativ psixologiya” elminin metodologiyasi əsasında etdiyi elmi ixtiraları və nanotexnologiya ilə hazırlanmış olan harmanizatorları Avropa keyfiyyət nişanına və lisenziyasına layiq görülmüşdür. O, nüfüzlü Beynəlxalq təşkilatların yüksək mükafatlarına layiq görülmüş, orijinal dəsti xətti olan, nəzəri və praktik elmi nailiyyətləri Azərbaycanda və onun hüdudlarından kənarda uğurla təqdim olunan alimdir. Hər bir Vətəndaşımızın milli və bəşəri dəyərlərə sahib olması İnsanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün qürur vericidir. Akademik Yaşar İbadov İnsanlığın xilasına öz elminin gücü ilə töhfələr verir. Onun həm nəzəri, həm də praktik nəticələri, müəllifi olduğu “Alternativ psixologiya” elminin metodologiyası əsasında İnnovativ İxtiraları (saat əqrəbinin əks istiqamətində hərəkət edən saatları, harmonizatorları və s.) vardır. Onun elmi yenilikləri hər bir fərdin, ətraf aləmin, həmcinin təbiətdə harmoniyanın bərpasına xidmət edir! Xoşbəxtliyini İnsanların sağlamlığna xidmətdə görən Yaşar həkim üçün dünyada ən böyük dəyər insanlıqdır!



Bizi əhatə edən aləm və ekosistem Allahın yaratdığı və kainatın əşrəfi adlandırdığı insan üçündür. İnsan isə bu Kainatı açıq bir kitab kimi oxumağı, onu kəşf etməyi, qorumağı bacarmalıdır.Yüksək səviyyədə keçrilən seminarda Bəşəriyyətin, İnsanlığın , Sağlamlığın qorunmasında akademik Yaşar İbadovun müəllifi olduğu “Alternativ Psixologiya”elminin metodologiyası əsasında yaradılmış İnnovativ ixtiraların tətbiqi ilə İnsanların sağlamlığın qorunması, təbiyyət və cəmiyyətdə harmoniyanın yaranması ilə ekoloji problemlərin həlli havanın və iqlim şəraitinin kəskin dəyişdiyini və bunun bəşəriyyət üçün acı nəticələr verə biləcəyi üçün hər kəsin problemlərin həlində fəal iştirak etmək üçün səfərbər olmaqla,bəşəriyyətin qorunmasında yaxında iştirak etməyin vacibdir. Seminarda çıxış edən görkəmli alim, professor Şövqi Göyçayı, Akademiyanın elmi işçısi dossent Gülşən xanım və digər iştirakçılar akademik Yaşar İbadova, Pərvanə xanım Abdullayevaya təşəkkür edərək elmi seminarın davamlı olmasının istədilər.

Seminarın təşkili və keçrilməsini dəsdəkləyən iştirakçılara Dünya Avşarlar Dərnəyinin Başkanı Sayın Şeref Kocakaya və DünyaAvşarlar Dərnəyinin Azərbaycan Təmsilçisi Pərvanə Salman qızı Abdullayevanın birgə imzası ilə xüsusi təşəkkür ödülü təqdim olunmuşdur.



İnkişaf naminə maarifləndirici seminarlara belə istək göstərmək, möhtəşəm bir görüntü yaradır. Bu bizi, təşkilatçıları da çox sevindirir. Bəli inkişaf kənardan gəlmir, özümüzdən, bizim fəaliyyətimizdən başlayır. Savadlı, özünü yaxşı mənada dərindən tanıyan, sevən və inkişaf etdirən hər kəsin qorunmağı və ətrafını da qorumağı bacarmalıdır .



“Hər bir insanın qəlbində Allaha məhəbbət, əməlində insana hörmət və qiymət, xislətində insanlığın, bəşərin xilası üçün göstərdiyi xidmət onun sağlamlığının, xoşbəxtliyinin təminatına kömək etmiş olur! Bu onun işıqlı sabahının, xoşbəxt gələcəyinin kamillik şəhadətnaməsidir!
Allahın yaratdığı, İnsanlara əmanət etdiyi bəşəriyyətin qorunmasinda fəal iştirak edək!
Biz maarifləndirməyə davam edirik.

Zülfiyyə Vəliyeva
Respublikanın Əməkdar müəllimi
Azərbaycan Jurnalistlər Birliyinin üzvü







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930