İngiltərədən Almaniya etirafı: Sizsiz mümkün deyil
Almaniya kansleri Olaf Şolts Avropa İttifaqının (Aİ) problemlərinin həlli üçün daha çox səy göstərməlidir.
Publika.az xəbər verir ki, bu barədə “The Economist” jurnalı yazıb.
Nəşr qeyd edir ki, “Almaniyanın güclü dəstəyi olmadan Aİ-nin gündəmindəki bəzi məsələlər naməlum vəziyyətdə qala bilər”.
Material müəlliflərinin fikrincə, Almaniyanın parlament partiyaları ümumavropa məsələlərinə deyil, daxili siyasi mübarizələrə diqqət yetirə bilərlər. Almaniyada keçiriləcək ümummilli seçkilər onları Avropa gündəmi hesabına ölkənin daxili problemlərindən narahat olmağa məcbur edəcək.
Bundan əvvəl Şolts yenidən hökumət başçısı seçilmək qərarını açıqlamışdı. Onun sözlərinə görə, Almaniya Sosial Demokrat Partiyası növbəti parlament seçkilərində qalib gəlmək əzmindədir. Səsvermə 2025-ci ilin payızına planlaşdırılıb.