Londonda baş verənlərin pərdəarxası ortaya çıxdı - Mişel Əliyevlə Nikola nə deyib?
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistan və Azərbaycan arasında davamlı sülhün əldə edilməsi istiqamətində səylərini təzələyir.
Publika.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Nəşr xatırladır ki, Mişel bu ayın əvvəlində Böyük Britaniyada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri ilə ikitərəfli görüşlər keçirib.
İki yüksək səviyyəli diplomat nəşrə bildirib ki, bu görüşlər əvvəldən planlaşdırılmamışdı.
“Mişel hər iki tərəfə məktub göndərib və tərəfləri danışıqlar masasına qayıtmağa, sərhədin delimitasiyası kimi məsələlərdə irəliləyiş əldə edərək, sülh sazişini yekunlaşdırmağa dəvət edib. Lakin çoxdan gözlənilən razılaşmanın baş tutmaması Brüsseldə məyusluğu artırır. Mişellə görüşlərinə baxmayaraq, Azərbaycan və Ermənistan liderləri bir-biri ilə danışıqlar masasına əyləşməyib”, - nəşr yazır.
Mişelə yaxın olan yüksək səviyyəli diplomat nəşrə bildirib ki, “günün sonunda hər iki tərəf oyun oynamağı dayandırmalı və razılığa gəlməlidir, çünki prezident Mişel sülh sazişinə nail olmaq üçün əlindən gələni etdi”.