Zəngəzur dəhlizi bu tarixdə açılır - Ermənistanla məxfi razılaşma var
Zəngəzur dəhlizinin ilin sonuna kimi açılması ilə bağlı pərdəarxası razılaşmalar var.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Davit Karapetyan deyib.
Karapetyan qeyd edib ki, Ermənistan üzərinə konkret öhdəliklər götürüb.
“Paşinyan Tehranda Xamenei ilə görüşəndə ikinci dəhlizin açılmasının əleyhinə fikirlər səsləndirdi. Lakin bu fikirlər rəsmi İrəvanın yaydığı məlumatda əksini tapmamışdı. Çünki Paşinyan Əliyevin qəzəbinə tuş gəlməkdən çəkinir. Xameneinin dəhlizlə bağlı dediyi sözlər isə İranda məxfi razılaşmalardan məlumatlı olduqlarını göstərir. Düşünürəm ki, Zəngəzur dəhlizinin ilin sonuna qədər açılması ilə bağlı razılaşmalar var. İran bundan xəbərdardır, Xamenei də Paşinyana birbaşa mətnlə izah etdi ki, bu, onların “qırmızı xətti”dir”, - erməni politoloq iddia edib.