bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Anklavlar, Zəngəzur və Qərbi Azərbaycan - İrəvan Bakının tələblərini qəbul edir?

26-10-2023, 15:25 0 dəfə baxılıb






“Azərbaycan Qərb platformalarında Ermənistana tələblərini qəbul etdirib və artıq əldə etdikləri məsələləri yenidən müzakirəyə çıxarmaqda heç bir məna görmür, əksinə İrəvan qarşısında yeni tələbləri var”.

Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Sergey Melkonyan bu ayın sonunda planlaşdırılan Brüssel görüşünün baş tutmamasını şərh edərkən deyib.

Onun iddiasına görə, Azərbaycan Ermənistandan yeni “güzəştlər” gözləyir: “Qranadada Azərbaycanın iştirakı olmadan Ermənistan yeni güzəştlərə getdi. Ermənistan bundan sonra hansısa güzəştə getməyi planlaşdırmırsa, Azərbaycanın məntiqinə görə, Brüsselə getməyin mənası yoxdur. Azərbaycan artıq Qərbdə bütün mümkün uğurları əldə edib. Əgər Əliyevin növbəti görüşdə nəsə qazanacağı yoxdursa, o zaman orada iştirak etmək onun üçün mənasızdır”.

Melkonyanın fikrincə, Azərbaycanın üç tələbi var:

“Anklavların qaytarılması, Zəngəzur dəhlizinin açılması və azərbaycanlıların Zəngəzura – Ermənistana qayıtması. Ermənistan bu məqamların ən azı bəzilərini təmin etməyə razı olarsa, Azərbaycan görüşə razılaşacaq. Bakının sülh müqaviləsi təklifində bu məsələlər də yer alır. Həm Qərbdə, həm Rusiyada ekspertlər Ermənistanın bunlarla bağlı müəyyən addımlar atmağa hazır olduğunu deyirlər”, - erməni politoloq bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930