bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı

27-06-2019, 09:34 444 dəfə baxılıb

Hər kəsə melumdurki gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin var olması üçün onun sağlam gəncliyinin olması şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Bunun neticesidir ki ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsinde, bu gün Azərbaycan gəncləri bütün sferalarda özlərini doğruldurlar.Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Dövlət gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir.Gənclər siyasətinin əsas istiqamətləri "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə aşağıdakı kimi müəyyənləşdirilib:

Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı;
1. İstedadlı gənclərə dövlət qayğısı;
2. Gənclərin sağlamlığının qorunması və fizik iinkişafı;
3. Gənclərin məşğulluğunun təmin edilməsi;
4. Gənc ailələrə dövlət yardımı;
5. Gənclər təşkilatlarına dövlət yardımı

Prezident Cənab İlham Əliyevin apardığı uğurlu siyasət birbaşa vətəndaşın sosial rifahına yönəlib. Bu mənada öz ətrafında yüz minlərlə vətəndaşımızı birləşdirən Yeni Azərbaycan Partiyası da vətəndaşlarımızın ideya-siyasi tərbiyəsi ilə bağlı öz işlərini ən müasir səviyyədə qurur.Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının 700 minə yaxın üzvü var. Bu menada YAP-ın ölkəmizin ictimai-siyasi həyatında roluna uyğun olaraq partiyanın Gənclər Birliyi də hər zaman fəallıq nümayiş etdirir, qoyulan məqsədlərə doğru yoluna davam etdir. Bu gün YAP Gənclər Birliyi Azərbaycanın ən böyük, güclü gənclər təşkilatıdır..
Prezident İlham Əliyevin 2007-ci ilin "Gənclər ili" elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkə həyatındakı fəallığını daha da artırıb. Azərbaycanda uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılıb və hüquqi baza təkmilləşdirilib.
Göründüyü kimi, bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Tarixi milli-mənəvi dəyərlərimiz, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, eyni zamanda, ölkəmizin zəngin resursları gənclərimizin inkişafı üçün müvafiq şəraiti yaradır. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmalıdır. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidi

Ruslan Nemətzadə
"Bizimlider.com" xəbər portalının xüsusi müxbiri

Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031