bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Pakistanlı jurnalist İlham Əliyevlə bağlı 9 maraqlı məqamı açıqladı

10-08-2024, 17:36 1 dəfə baxılıb





"Pakistan Daily" qəzetinin redaktoru Hamza Azhar Salam "X" hesabında Azərbaycan Prezidenti İlham Əliyev haqqında paylaşım edib.

Publika.az xəbər verir ki, jurnalist ölkə başçısı ilə çəkilmiş fotosunu paylaşaraq, Azərbaycan lideri barəsində diqqətini çəkən doqquz məqamı qeyd edib.

Paylaşımı təqdim edirik:

"Azərbaycan Prezidenti İlham Əliyev haqqında diqqətimi çəkən doqquz məqam:

1. İngilis, türk, Azərbaycan, fransız və rus dillərində danışa bilir;

2. Bir qurtum su içmədən çətin suallara üç saatdan çox cavab verə bilir;

3. Bir çox müxtəlif layihələrin maliyyə rəqəmlərini əzbər söyləyə bilir;

4. O, müxtəlif ölkələrin media ekosistemlərindən xəbərdardır;

5. O, jurnalistlər üçün bir çox Qərb liderlərindən daha əlçatandır;

6. Bəzən söhbətlərinə/cavablarına yumor əlavə edir;

7. Partiya iclaslarında onun ritorikası sülhə meyilli görünür, lakin lider kimi o, istənilən ehtimala hazırdır;

8. Müttəfiqlərinə necə hörmət etməyi və düşmənlərini çəkindirməyi bilir;

9. Açıqsözlüdür, sözü dolandırmaz və onun yüksək iş etik standartlarını anlayan istedadlı, çalışqan komanda ilə işləməkdən həzz alır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30