Türkiyəyə gedənlərə xəbərdarlıq: Barmaq izlər götürüləcək, çip yerləşdiriləcək
Ankara Türkiyəyə daxil olarkən barmaq izlərinin götürülməsi layihəsini həyata keçirməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikayaya istinadən məlumat yayıb.
“Daxili işlər naziri Yerlikaya gələcək üçün vacib layihəni açıqlayıb və bildirib ki, Türkiyəyə daxil olarkən ABŞ və Böyük Britaniyada olduğu kimi barmaq izləri götürüləcək”, - nəşr yazır.
Nazir həmçinin qeyd edib ki, müvəqqəti qoruma statusu alanların, xüsusən də suriyalıların şəxsiyyət vəsiqələri çiplənəcək.
Türkiyə Daxili İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, bu sübutları saxtalaşdırmaq mümkün olmayacaq.