bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İran Prezidentindən YENİ TƏLƏB: "Milli Razılıq Hökuməti borcludur ki..."

18-08-2024, 12:37 0 dəfə baxılıb






İran Prezidenti Məsud Pezeşkian parlamentə "Milli Razılıq Hökuməti" adlandırdığı hökumətində bütün İran xalqını təmsil edən nazir vəzifələrinə namizədlərin siyahısını təklif etdiyini açıqlayıb,

Publika.az xəbər verir ki, "Mehr" məlumat yayıb.

Yeni prezident parlament iclasında deyib: "Milli Razılıq Hökuməti bütün İran xalqının vətəndaş hüquqlarını təmin etməyə borcludur və milli maraqların qorunmasına sadiqdir".

Pezeşkianın fikrincə, mövcud siyasət və tədbirlər ölkədəki problemləri həll etməyəcək. O qeyd edib ki, onun administrasiyasının planlarından insanların razı qalması onun üçün çox vacibdir. Prezident həmçinin vurğulayıb ki, bəzi problemlər onun hüdudlarından kənarda deyil, ölkə daxilində yaranır.

Son məlumata görə, İran parlamenti prezident Məsud Pezeşkianın rəhbərlik etdiyi yeni administrasiyaya təklif olunan nazirlərin hazırlıq səviyyəsini nəzərdən keçirməyə başlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930