bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qazaxıstan meymunçiçəyi ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ

19-08-2024, 08:31 0 dəfə baxılıb





Qazaxıstan hakimiyyəti meymunçiçəyi xəstəliyinin ölkəyə keçməsinin qarşısını almaq üçün hava limanlarında və sərhəd keçid məntəqələrində sanitar və karantin tədbirlərini gücləndirib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Vurğulanıb ki, Səhiyyə Nazirliyi infeksiyanın ölkəyə daxil olmasının qarşısını almaq üçün lazımi tədbirlər görüb və sanitar karantin məntəqələrində, o cümlədən hava limanlarında və sərhəd-keçid məntəqələrində nəzarət tədbirləri gücləndirilib.

Bundan başqa meymunçiçəyi xəstəliyinin qeydə alındığı ölkələrdən gələn vətəndaşlara isə xüsusi diqqət yetiriləcək.

Nazirlik endemik ölkələrə səfər etməyi planlaşdıran vətəndaşlara müəyyən ehtiyat tədbirlərinə əməl etməyi, xüsusən də xəstə insanlar və vəhşi heyvanlarla təmasdan qaçmağı tövsiyə edib. Qeyd olunub ki, Qazaxıstanın özündə bir dənə də olsun virusa yoluxma halı qeydə alınmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930