Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra ölkədə aparılan quruculuq-abadlıq işləri, islahatlar ölkənin ümumi mənzərəsində, sosial həyatında qısa bir zamanda uğurlu nəticələrin əldə olunmasına gətirib çıxardı. Azərbaycanın dünyaya inteqrasiya olunması, dünyanın bir çox aparıcı dövlətləri səviyyəsində inkişafı görülən işlərin məntiqi nəticəsidir.
Qeyri-hökumət təşkilatı olaraq fəaliyyətə başlayan Heydər Əliyev Fondu da, bu baxımdan ölkənin ictimai-mədəni-sosial həyatında çox önəmli olan layihələri həyata keçirib. Səhiyyə, təhsil, mədəniyyət və bir çox sosial-humanitar sahələrdəki fəaliyyəti Azərbaycanın inkişafına, insanların rifah halının yüksəlməsinə birbaşa olaraq təsirini göstərdi. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın gerçəkləşdirdiyi layihələr, 12 il müddətində öz bəhrəsini vermiş və bu proses davam etməkdədir.
Heydər Əliyev Fondu yarandığı dövrdən indiyədək öz prinsiplərinə sadiq qalaraq, təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirir. Azərbaycan vətəndaşları üçün bərabər təhsil imkanları yaradılıb. Gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən Heydər Əliyev Fondu bu istiqamətdə bir sıra proqram və layihələr həyata keçirir. Bunlar "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək" layihələridir. Fondun təşəbbüslərinə dövlət tərəfindən yaxından dəstək verilmiş, ümumilikdə son 12 ildə respublikada 2 min 700 yeni məktəb binası tikilmiş və ya təmir olunmuşdur.
Heydər Əliyev Fondu müxtəlif mədəniyyətlər və sivilizasiyaların qarşılıqlı zənginləşməsinə, xalqlararası dialoqun dərinləşməsinə, tolerantlıq ənənələrinin qorunmasına xüsusi diqqət ayırır. "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsini həyata keçirir. Layihə çərçivəsində dini abidə və ziyarətgahlarda təmir-bərpa işləri aparılır, tədbirlər təşkil edilir.
Bu nailiyyətlər, uğurlar, əməli fəaliyyət təkcə Azərbaycan məkanında deyil, dünyanın uzaq nöqtələrindən belə aydın görünür və maraq doğurur. Mehriban Əliyevaya dünyanın müxtəlif ölkələri tərəfindən təqdim olunan mükafatlar elə Onun fəaliyyətinin diqqətdə olmasının göstəricisidir. Baş ofisi Londonda yerləşən "The Business Year" şirkəti də elə Azərbaycana, Heydər Əliyev Fondunun fəaliyyətinə diqqət ayırır. Dünyanın müxtəlif bölgələrini - Latın Amerikası, Asiya və Afrikanı əhatə edən geniş coğrafiyada sosial-iqtisadi prosesləri izləyən və öz nəşrində işıqlandıran nüfuzlu şirkət ayrı-ayrı ölkələrin sosial-iqtisadi durumu və inkişaf meyilləri, biznes və investisiya mühiti, aparıcı qurumları və digər məsələlər haqqında ildə 20-dən çox xüsusi buraxılış hazırlayır və bütün dünyada yayır. Qeyd edək ki, şirkətin xüsusi buraxılışları dünyanın aparıcı biznes layihələrinin reallaşdırılmasına öz töhfəsini verir. Jurnalın əhatə dairəsinə 30 ölkə daxildir və bunların içərisində Azərbaycan xüsusi yer tutur. Son 4 il ərzində jurnal Azərbaycan ilə çox sıx əməkdaşlıq əlaqələri qurmuşdur. Jurnalın baş redaktoru bildirmişdir ki, Azərbaycanın iqtisadi uğurlarını işıqlandırmaq bizim üçün şərəfdir və jurnalın oxucu auditoriyasının Azərbaycana olan marağının artmasını müşahidə edirik. Bu fikirlər əlbəttə ki, Azərbaycanın geniş imkanlarına, onun sürətli inkişafına əsaslanır. Onu da xüsusi olaraq vurğulayaq ki, 2013-cü ildə "The Business Year" şirkəti Azərbaycan Prezidenti İlham Əliyevi dünyada "İlin Prezidenti" elan etmişdir. Bunun əsas səbəbləri dövlət başçısının son illərdə Azərbaycanın dinamik inkişafı, dünyanın geosiyasi məkanında fəal iştirakı və digər amillərdir.
Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyini verən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın geniş fəaliyyət dairəsi də şirkətin diqqətindən kənarda qalmayıb. Şirkət tərəfindən sosial ədalət və humanizm prinsiplərinə sadiq olan Mehriban xanım Əliyeva dünyada "İlin Birinci Xanımı" mükafatına layiq görülüb.
Mehriban Əliyeva Azərbaycandan kənarda da çox mühüm proqram və layihələri reallaşdırdığından Onun fəaliyyətinə belə diqqət ayrılır. Dünyada qloballaşma prosesi getdiyi bir zamanda milli mənəviyyat, tarixin qorunması, keçmişin bir irs olaraq yaşadılması məqsədi ilə gördüyü işlər qiymətini alır. Dövlətimizin sürətli inkişafı, onun potensialının ildən-ilə yüksəldiyi bir zamanda Azərbaycanın zəngin dəyərlərini dünyaya çıxarır, nümayiş və təbliğ etdirir. Məhz həqiqətin güzgüsündə də Mehriban xanım Əliyeva İlin Birinci Xanımı seçilib.
Hörmətli Mehriban xanım Sizi doğum günü münasibəti ilə təbrik edir. Sizə gələcək işlərinizdə uğurlar arzulayırıq.
Yeganıə Bəxşəliyeva,
Bakı şəhər 29 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, "Qızıl qələm", "Vətənpərvər xanım", Qabaqcıl təhsil işçisi" mükafatları, "Azərbaycan bayrağı", "İlin nüfuzlu ziyalısı", "İlin müəllimi" medalları laureatı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.