Pakistanda meymunçiçəyinə yoluxanların sayı artdı
Pakistanın Hayber-Paxtunxva əyalətində növbəti meymunçiçəyi xəstəsi qeydə alınıb.
Bununla da ölkə ərazisində meymunçiçəyi xəstələrinin sayı 4 nəfərə çatıb.
Hayber-Paxtunxva əyalətinin İctimai Səhiyyə üzrə direktoru İrşad Əli Roqaninin sözlərinə görə, xəstə Peşəvar Hava Limanında simptomlarını büruzə verdikdən sonra dərhal yerli xəstəxanalardan birinə yerləşdirilib.
Meymunçiçəyi virusu daşıyıcılarından digər iki nəfər də Peşəvar Hava Limanında aşkar olunmuşdu.