Rusiya XİN: Putin Azərbaycan və Ermənistan liderlərini üçtərəfli sammitə dəvət edib
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı Rusiyaya üçtərəfli sammitə dəvət edib.
Bu barədə Rusiya Xarici işlər Nazirliyinin saytında Mariya Zaxarova adından yayılan bəyanatda bildirilib.
"Biz bütün səviyyələrdə tərəfdaşlarla Azərbaycan və Ermənistan arasında münasibətlərin hərtərəfli normallaşdırılması, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin razılaşdırılması, humanitar problemlərin həlli naminə işləməyə davam edirik. Eyni zamanda sülhə nail olmaq üçün siyasi iradə və hər iki tərəfin razılığı lazımdır.
Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Rusiyaya növbəti üçtərəfli sammitə dəvət edib. Burada üçtərəfli və ikitərəfli məsələlərin bütün spektrinin müzakirəsi planlaşdırılır", - deyə Rusiya XİN rəsmisi vurğulayıb.