Rusiya PUA-sı bu ölkədə göründü: NATO hərəkətə keçdi
Sentyabrın 7-də Latviyanın şərqində Rusiyaya məxsus hərbi pilotsuz uçuş aparatı qəzaya uğrayıb.
Bu barədə Latviyanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Şənbə günü, sentyabrın 7-də Latviyanın Rezekne ərazisində Rusiyaya məxsus pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb", - məlumatda deyilir.
Hazırda Latviya hüquq-mühafizə orqanları insidentin baş vermə səbəblərini araşdırır. Milli Təhlükəsizlik Şurasında mövcud olan məlumata görə, bu, Belarusdan Latviya hava məkanına uçan Rusiya Federasiyasının hərbi PUA-sı olub.
Milli silahlı qüvvələr müəyyən edilmiş qaydalara uyğun hərəkət edir, xüsusən də NATO komandanlığına məlumat veriblər. Hadisə müvafiq dövlət rəsmilərinin, hüquq-mühafizə orqanlarının və regiondakı NATO ölkələrinin diqqətinə çatdırılıb. Milli Silahlı Qüvvələr Latviya ərazisinə daxil olan PUA-nı aşkar edərək, onun hərəkətini izləyib və düşmə yerini müəyyənləşdiriblər. İstintaq davam edir.
"Bu vəziyyət Latviyanın şərq sərhədinin möhkəmləndirilməsi, o cümlədən müxtəlif təyinatlı PUA-ların fəaliyyətini məhdudlaşdırmaq üçün hava hücumundan müdafiə imkanlarının və elektron müharibə vasitələrinin inkişafı üzrə başlanmış işi davam etdirməli olduğumuzun təsdiqidir", - Latviyanın müdafiə naziri Andris Spruds bildirib.