Müharibəyə hazırlıq? - Bu ölkə Rusiya ilə sərhəddə bunkerlər tikir
Oktyabr ayında Estoniya Rusiya Federasiyası ilə sərhəddə yerləşəcək prototip bunkerlərin sınaqlarına başlayacaq.
Bu barədə Estoniya Milli Yayım Şirkəti (ERR) Dövlət Müdafiə İnvestisiya Mərkəzinə istinadən məlumat yayıb.
Jurnalistlərlə söhbətində mərkəzin infrastruktur şöbəsinin rəhbəri Kadi-Kai Kollo bildirib ki, beton bunkerlər üçün üç müxtəlif variant seçilib və hazırda onlar istehsal olunur. O aydınlaşdırdı ki, bütün 600 bunkerin tikiləcəyi vahid standartı seçmək üçün onların sınaqdan keçirilməsinə başlanılacaq.
Qeyd olunur ki, bunkerlərin hazırlanması Baltikyanı ölkələrin Rusiya Federasiyası və Belarus sərhədində ümumi müdafiə zonasının yaradılmasına dair razılaşması çərçivəsində həyata keçirilir. O cümlədən, 2026-cı ilə qədər Estoniyada 600 bunker yerləşəcək.