bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

27 Sentyabr – Azərbaycanın dünyaya Günəş kimi doğduğu gün

26-09-2024, 14:44 47 dəfə baxılıb




27 sentyabrda başlanmış yol özünün göz­lənilən məntiqi sonluğuna çatmışdı. Bu gün o şərəf yolumuzun başlanmasından 4 il ötür. Nə xoş ki, üç ilin tamamında Vətənimiz Azərbaycan özünün suverenliyini də bərpa edib. Qətiyyətlə demək olar ki, “27 sentyabr”ın qarşıya qoyduğu hədəflər tam şəkildə həyata keçirilib.

Azərbaycan dövləti hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrə­mancasına döyüşmüş, müqəddəs bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalan­dırmış, ölkəmizin ərazi bütövlüyü yolunda can­larını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azər­baycan Respublikasının Prezidenti İlham Əliye­vin 2020-ci il 2 dekabr tarixli sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb.

Bəli, Prezident İlham Əliyevin də bil­dirdiyi kimi, 27 sentyabr 2020-ci il tarixdə nələrin baş verdiyini tarixçilər deyəcəklər. Ümumən, istənilən hadisəyə ən layiqli qiy­mətin verilməsi, onun vətəndaşlıq hüququ qazanması üçün əlahəzrət zamana ehti­yac var. Hesab edirik ki, 27 sentyabr tarixi ilə bağlı da ən obyektiv və dolğun qiymət zamanla veriləcək, bu tarixin möhtəşəmliyi özünü daha zəngin təqdimatlarda tapacaq.

Hələlik isə onu qətiyyətlə söyləmək olar ki, 27 sentyabr Azərbaycan xalqının öz üzərindəki ləkəni təmizləmək üçün müqəd­dəs yolçuluğa çıxdığı tarixdir. Bu tarixin yaşanmasında canından keçmiş Vətən övladlarının anılmasında böyük məntiq və misilsiz qədirbilənlik var. Axı 27 sentyabr­dan başlanan yolun məziyyətləri ölçüyə­gəlməzdir. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağ­bənd, Bartaz qəsəbələri və 52 kəndi, Xo­cavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonu­nun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ is­tiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik. 2020-ci il noyabrın 10-da imzalanmış üç­tərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, no­yabrın 25-də Kəlbəcər rayonu Azərbayca­na qaytarıldı. Kəlbəcər şəhəri də daxil ol­maqla, 147 yaşayış məntəqəsinin işğalına son qoyuldu. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Nəhayət, 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaş­dı. Əlbəttə, bu gün Azərbaycanın öz tor­paqlarına sahiblənməsinin, tam suverenli­yini bərpa etməsinin əsası da 27 sentyabr 2020-ci ildən qoyuldu.

27 sentyabr tarixi nəinki Azərbayca­na, o cümlədən, Cənubi Qafqaz regionu­na sülh müjdəsinə əsas yaradan tarixdir. Məlum olduğu kimi, sülh qanla əldə edilir. Həm də elə buna görə qanından-canından keçmiş Vətən övladlarını məhz bu gün anı­rıq. Onlar yaşadığımız regionun sülh təmi­natçılarıdır, sülh və ədalət yolunda gənc həyatlarını qurban vermiş əsl fədakarlar, qəhrəmanlardır.

Sentyabrın 27-si müdrikliyin, səriştə­nin, dönməzlik və prinsipiallığın zəfərinə doğru yolun başlanğıcıdır. Hesab edirik ki, Azərbaycan xalqı bu tarixədək bir İlham Əliyev tanıyırdısa, bu tarixdən sonra tama­milə fərqli bir liderlə tanış oldu. Onu güclü sərkərdə kimi tanıdı. Hər bir azərbaycanlı onu özünə ata, qardaş, dayı, əmi gördü, öz doğması hesab etdi. Bu, cənab İlham Əli­yevin prezidentlik keyfiyyətlərinə yeni ob­raz qazandırdı. Prezident bu obrazın ver­diyi qətiyyətlə müzəffərlik zirvəsinə ucaldı. 27 sentyabrdan noyabrın 10-dək xalqımız bu müzəffər liderin tvitlərini gözlədi, mü­raciətlərini izlədi, dünyanın nüfuzlu media orqanlarına verdiyi müsahibələrin, az qala, hər sözünü bir-bir oxudu. Oxudu, gözlədi, izlədi və daxilində müqəddəs Zəfərimizə inam bəslədi.

27 sentyabr tarixi səbr kasamızın dol­duğu gündür. Bu tarix ona görə yaşandı ki, təzavüzkar Ermənistan Azərbaycanın xoş niyyətindən, münaqişəni dinc yolla ara­dan qaldırmaq istiqamətindəki səylərindən nəticə çıxarmadı, işğalçı mahiyyətindən daşınmadı. 27 sentyabr tarixinə qiymət verən, İrəvanın xəbərdarlıqlardan nəticə çıxarmadığını vurğulayan Prezident İlham Əliyev bu məqamı özünəxas şəkildə təq­dim edir: “Amma nə etdilər? Orada qa­nunsuz məskunlaşma aparmaq üçün beynəlxalq hüququ, beynəlxalq konvensi­yaları, o cümlədən Cenevrə konvensiyala­rını kobudcasına pozaraq nümayişkaranə şəkildə xaricdən erməniləri gətirib özü də məhz Şuşaya ki, bizi incitsin. Məhz Şu­şada o dəstə başçısı hansı ki, indi deşik axtarır gizlənməyə, xunta başçısı özünə andiçmə mərasimi keçirmişdir və Ermənis­tan baş naziri gedib orada iştirak edib. Bu, bizə sataşmaq deyildimi? Bunun hesabını sizdən soruşan olmayacaqdımı?! Hesabı­nı soruşduq, diz çökdürdük, diz üstə qoy­duq! Onun-bunun ətəyindən yapışıb bu 40 gündən çox bir müddətdə adam qalmayıb ki, zəhləsini tökməsin, yardım istəməsin, özünü alçaltmasın.

Biz alçaltmışıq onu, əcəb də etmişik. Bizim üçün müqəddəs olan Şuşa şəhərinin Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edəndə fikirləşəydi ki, bu gün gələcək, cəzasını alacaq, siçan kimi gizlənib bax bu sənədi götürüb ağlaya-ağ­laya imzalayacaq. Yerini göstərdik, dərsini verdik. Qovmuşuq onları torpaqlarımızdan, iti qovan kimi qovmuşuq. Demişdim ki, qo­vacağıq, iti qovan kimi qovacağıq və qov­muşuq, iti qovan kimi qovmuşuq”.




Elnarə Vəliyeva
Sağlamlıq İmkanları Məhdud uşaqlar ücün
12 nömrəli xüsusi internat məktəbinin direktoru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930