Paşinyanı devirmək üçün son mərhələ: Baqrat kilsəyə sığındı, hamını silahlanmağa çağırdı
Ermənistanda revanşistlər keşik Baqrat Qalstanyan rəhbərliyi ilə oktyabrın 2-də Paşinyanı devirmək üçün aksiyaya başlamaq niyyətindədirlər.
Etiraz aksiyasının miqyasını artırmaq üçün Baqrat pafoslu addımlar atır. O, guya dua etmək məqsədilə 3 gün kilsəyə sığındığını bildirib. Bununla bağlı onun tərəfdarlarının yaydığı bəyanatda deyilir:
“Əziz həmvətənlər, oktyabrın 2-də başlayacaq müqəddəs mübarizənin “Qələbə və ümid” mərhələsi ərəfəsində Hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyan üç günlük geri çəkilmək, ibadət etmək və oruc tutmaq üçün erməni monastırlarından birinə yollanıb. Müqəddəs ata hər kəsi ruh, iman və dua ilə silahlanmağa, Ermənistanın qələbəsinə hazırlaşmağa çağırır.
Uca Rəbbimiz yolumuzu ədalətə və qələbələrə yönəltsin.
Erməni, Ermənistan, Vətən və Tanrı. Qoy Rəbbimizin lütfü, Allahın məhəbbəti və Müqəddəs Ruhun öpüşü hamınızla olsun”.