bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Pulunuzun oğurlanmasını istəmirsizsə, bunları etməyin!

30-09-2024, 08:09 1 dəfə baxılıb



Son zamanlar sürətlə yayılan smartfona müdaxilə edilməklə bank hesabından pulların oğurlanmasının qarşısını almaq üçün nələr etmək olar?

İT mütəxəssisi Fərid Pərdəşünas bununla bağlı öz tövsiyələrini verib.

O, aşağıdakılara əməl etməyi məsləhət görüb:

* Klon tətbiqlərin istifadəsindən çəkinin. Bura "WhatsApp+", reklamsız YouTube, pulsuz Spotify, pulsuz futbol oyun kanalları və s. daxildir;

* .apk faylları yükləməyin. Bu o mənaya gəlir ki, rəsmi tətbiq mağazası olan "Play Store"dan kənar - internetdən proqramlar yükləyib, smartfona quraşdırmayın;

* Smartfonunun ən son "Android" versiyası və təhlükəsizlik yenilənməsini həyata keçirin. Yenilənmə gələn tətbiqləri dərhal yeniləyin;

* Şübhəli tətbiqlərə lazımsız icazələr verməyin. Başqalarını izləməyə alan, görünməyən profilləri göstərən tipli casus proqramların istifadəsindən çəkinin;

* Şüphəli şəkildə smartfonun ekranı qaraldısa, dərhal bankla əlaqə saxlayın. Kartlarınızı bloklatdırın. Telefonu dərhal formatlayıb, fabrik ayarlarına qaytarın.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031