bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Müharibə bitir, Ukrayna ərazilərin itirilməsini qəbul edir? – Rəsmi açıqlama

2-10-2024, 09:04 1 dəfə baxılıb



Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Georgi Tixi “Financial Times”ın (FT) respublika rəsmilərinin Rusiya ilə barışıq bağlamaq üçün ərazilərin itirilməsini tanımağa razılıq verməsi barədə məlumatı təkzib edib.

Onun sözlərini diplomatik departament öz “Telegram” kanalında dərc edib.

"Financial Times” mənbəsinin nazirin kompromisləri müzakirə etməsi ilə bağlı məlumatı sadəcə olaraq yalandır və bizi bu cür yalan xəbərlərin yayılmasında kimlərin maraqlı oması təəccübləndirir", - Tixi deyib.

Onun sözlərinə görə, ərazi güzəştləri məsələsində mövqeyi dəyişməz olan Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın hər görüşündə iştirak edib.

Daha əvvəl “Financial Times” qəzeti Avropa diplomatik dairələrindəki mənbələrə istinadən bəyan etmişdi ki, Ukrayna və onun rəsmiləri ərazilərin itirilməsinin tanınmasına yaxındırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031