bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bərxudarovun yerinə keçən Vilayət Quliyev kimdir? - DOSYE

7-10-2024, 10:21 3 dəfə baxılıb



Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunda kadr dəyişikliyi olub. General-mayor Quliyev Vilayət Bərxuda oğlu 2-ci ordu korpusuna komandir təyin olunub. Mayis Bərxudarov isə sərəncama götürülüb.

2-ci ordu korpusunun yeni komandiri Vilayət Quliyev Cəbrayıl rayonundandır.

General-mayor Quliyev Vilayət Quluyev Şuşanın azad edilməsində də iştirak edən zabitlərdəndir. Vətən Müharibəsinin gedişində ayağından qəlpə yarası alsa da, qısa müddət sonra döyüşlərə qayıdıb.

Füzuli, Cəbrayıl, Hadrut və bir çox istiqamətlərdə yaşayış məntəqələrinin də işğaldan azad edilməsində iştirak edib.

V.Quliyev şücaətlərinə görə Prezidentin Sərəncamı ilə "Rəşadət" ordeni ilə təltif edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031