bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

“Qızıl top”a namizədlər açıqlandı - Messi və Ronaldoya ŞOK

5-09-2024, 11:56 0 dəfə baxılıb





“France Football” nəşri “Qızıl top”a 30 namizədin siyahısını dərc edib.

Jurnalın saytında yerləşdirilən siyahı qalmaqal yaradıb.

Belə ki, siyahıda Kriştianu Ronaldonun (“Əl-Nəsr”, Portuqaliya millisi) və Lionel Messinin (“İnter Mayami”, Argentina millisi) adı yoxdur.

Bu hal 2003-cü ildən bəri ilk dəfə baş verib.

“Qızıl top”a namizədlər bunlardır:

Cud Bellinhem, Kilian Mbappe, Vinisius Junior, Toni Kroos, Antonio Rüdiger, Federiko Valverde, Daniel Karvaxal (“Real Madrid”),

Ruben Diaş, Erlin Holann, Filip Foden, Rodri (“Mançester Siti”),

Emiliano Martines (“Aston Villa”),

Niko Uilyams (“Atletik”),

Qranit Caka, Florian Virts, Aleks Qrimaldo (“Bayer 04”),

Artem Dovbik (“Jirona”/”Roma”),

Mats Hummels (Dortmund “Borussiya”sı/”Roma”),

Dani Olmo (“Leypsiq”/”Barselona”),

Lamin Yamal (“Barselona”),

Harri Keyn (“Bavariya”),

Vitinya (PSJ),

Koul Palmer (“Çelsi”),

Bukayo Saka, Martin Edeqor, Vilyam Saliba, Deklan Rays (“Arsenal”),

Hakan Çalhanoğlu, Lautaro Martines (“İnter”),

Ademola Lokman (“Atalanta”).

Qeyd edək ki, mükafat 2023/2024 mövsümünün sonunda dünyanın ən yaxşı futbolçusuna təqdim olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30