bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Türkiyədən Zəngəzur dəhlizi AÇIQLAMASI: "Açılması zaman məsələsidir"

14-10-2024, 21:11 1 dəfə baxılıb



“Azərbaycanın Şərq rayonlarından Naxçıvan Muxtar Respublikası istiqamətində nəqliyyat dəhlizinin həm İran, həm də Ermənistan ərazisindən keçəcəyi istisna edilmir. Birinci halda söhbət 61 kilometrlik marşrutdan, ikinci halda isə təxminən 43 kilometrlik marşrutdan gedəcək”.

Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu “Kanal7” telekanalında Cənubi Qafqazda ommunikasiyaların bərpası mövzusunu şərh edərkən bildirib.

Onun sözlərinə görə, marşrutla bağlı yekun qərardan asılı olmayaraq, nəqliyyat-logistika əlaqəsi qurulacaq. “Bu və ya digər şəkildə biz Azərbaycanla birgə bu layihəni həyata keçirəcəyik. Müəyyən problemlər var, lakin onlar qarşıdakı dövrdə həll oluna bilər. Bu, zaman məsələsidir”, – deyə türkiyəli nazir əminliyini bildirib.

Nazirin fikrincə, heç bir ölkə öz ərazisinin Pekini Londonla birləşdirən beynəlxalq nəqliyyat arteriyasının bir hissəsinə çevrilməsinə qarşı çıxmamalıdır. “Belə bir ideyaya qarşı çıxmaq sadəcə olaraq ehtiyatsızlıqdır”, - deyə Uraloğlu vurğulayıb.

Türkiyəli nazir qeyd edib ki, Ankara Cənubi Qafqazda kommunikasiyaların bərpası ilə bağlı danışıqlarda birbaşa iştirak etməsə də, Türkiyə Bakı ilə daim təmas qurur və əlaqə saxlayır.

Gürcüstan ərazisindən Azərbaycanla əlaqənin mövcud olduğunu xatırladan türkiyəli nazir qeyd edib ki, alternativ nəqliyyat dəhlizi açılarsa, Azərbaycanla Türkiyə arasında malların çatdırılma müddəti azalacaq, Orta Dəhlizlə yükdaşımaların həcmi isə əhəmiyyətli dərəcədə artacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031