bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rusiya Azərbaycana SORĞU GÖNDƏRDİ - Qəza vəziyyətləri yaranarsa...

15-10-2024, 21:57 1 dəfə baxılıb



Rusiya Azərbaycan və Gürcüstandan fövqəladə vəziyyətlər zamanı ümumilikdə 600 MVt həcmində elektrik enerjisi idxal etməyin mümkün olub-olmaması ilə bağlı sorğu göndərib.

Bu barədə “İnter RAO”nun idarə heyətinin üzvü Aleksandra Panina Ümumrusiya Tarif Konfransı çərçivəsində jurnalistlərə bildirib.

“Bəli, biz iki ölkəyə müraciət etdik: Azərbaycan və Gürcüstandan tədarükün mümkünlüyünü soruşduq. Biz idxal imkanlarını qiymətləndiririk və fövqəladə hallar zamanı təchizat üçün iki qonşu enerji sisteminin imkanlarından yararlanmaq istərdik.

“Əgər fövqəladə vəziyyət yaranarsa, biz "sistem operatoru"nun xahişi ilə iki enerji sisteminə - Gürcüstan və Azərbaycana bizə 300 MVt verməyə hazır olmaq istəyi ilə müraciət edərdik.

Rusiya Federasiyası elektrik enerjisini idxal etmədən etməyə çalışacaq, lakin fövqəladə hallarda qonşu ölkələrin enerji sistemlərinə müraciət edə bilər", - Panina deyib.

Paninanın sözlərinə görə, şirkət Gürcüstan və Azərbaycandan hələ cavab almayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031