bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ərdoğan Putinə “yaxşı türk hədiyyəsi” göndərdi

8-10-2024, 21:06 0 dəfə baxılıb



Ötən gün doğum gününü qeyd edən Rusiya lideri Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan hədiyyə alıb.

Bu barədə məlumatı Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuriy Uşakov açıqlayıb.

“Türkiyə prezidenti dünənki telefon danışığından əvvəl xüsusi olaraq hədiyyə göndərib”, - deyə Uşakov qeyd edib.

O, Ərdoğanın Putinə “yaxşı türk hədiyyəsi” göndərdiyini vurğulayıb.

Uşakov hədiyyənin dəyərinin dövlət qulluqçuları üçün icazə verilən 3000 rubldan bir qədər çox olduğunu bildirib.

Xatırladaq ki, oktyabrın 7-də R.T.Ərdoğan rusiyalı həmkarına zəng edərək onu 72 yaşının tamam olması münasibəti ilə təbrik edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031