bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ümumbəşəri sülhə necə nail olmaq olar? - Putin şərtləri açıqladı

11-10-2024, 20:29 0 dəfə baxılıb



Ümumbəşəri sülhə və inkişafa yalnız hər bir dövlətin və onun xalqının rəyi, eləcə də suverenliyinə hörmət nəzərə alınmaqla nail olmaq olar.”

Bunu Rusiya prezidenti Vladimir Putin Aşqabadda “Zamanlar və sivilizasiyalar münasibətləri – sülhün və inkişafın əsası” beynəlxalq forumunda çıxış edərkən deyib.

“Biz əminik ki, ümumbəşəri sülh və hərtərəfli inkişafı yalnız hər bir xalqın rəyi nəzərə alınmaqla, hər bir dövlətin öz suveren kursu, dünyagörüşü, adət-ənənələri və dini ideyaları ilə bağlı fikrinə hörmətlə yanaşmaqla təmin etmək olar”, - deyə Putin deyib.

Putin həmçinin Türkmənistan rəhbərliyinə regionda sülh və sabitliyin qorunmasına verdiyi töhfəyə görə təşəkkür edib. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Putinin forumda 300 illik yubileyi qeyd olunan şair və mütəfəkkir Mahtimqulu Fraqinin yubiley medalı ilə təltif edildiyini açıqlayıb.

Berdiməhəmmədov həmçinin bu yubileylə bağlı tədbirlərin təşkilində göstərdiyi dəstəyə görə Putinə minnətdarlığını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031