bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rusiya bu əraziyə 50 minlik qoşun yeritdi: Ukraynadakı mövqeləri zəiflədi

11-10-2024, 20:31 0 dəfə baxılıb



Rusiya Kursk vilayətinə 50 min hərbi qulluqçu yerləşdirib, Ukrayna cəbhəsindəki mövqelərini zəiflədib.

Bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski bildirib.

O qeyd edib ki, Rusiya komandanlığı bu qüvvələri düşmənin hücum əməliyyatlarının aparıldığı digər cəbhələrdən köçürüb.

"Biz bilirik ki, başqa istiqamətlərdən 50 minə yaxın hərbçi Kursk istiqamətinə köçürülüb", - Sırski bildirib.

General onu da deyib ki, Rusiya qüvvələrinin Kursk vilayətinə köçürülməsi ilə əlaqədar digər istiqamətlərdə, xüsusilə Zaporojye, Xerson vilayətlərində və cəbhənin Kramatorsk istiqamətində düşmən qruplarının zəifləməsi müşahidə olunub.

“Bu, əlbəttə ki, müdafiə əməliyyatı keçirməyimiz üçün şəraiti asanlaşdırdı”, - deyə baş komandan yekunlaşdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031