bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

COP29 qabağı Bakıda fantastik qiymətə günlük mənzillər: Bu evlərə maraq varmı?

21-10-2024, 09:39 2 dəfə baxılıb



Paytaxtdakı kirayə mənzil bazarında qiymətlər artmağa başlayıb.

Səbəb COP29-a çox az bir müddətin qalmasıdır. Əmlakçılar şəhərə minlərlə qonağın gələcəyindən istifadə edərək günlük kirayə verilən evlərin qiymətlərini qaldırıblar.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, rieltorlar turist ovlamaq üçün qiymətləri həddindən artıq şişirdiblər. Hətta evləri günlük dollarla kirayə verənlər də var.

Ekspert deyir ki, oteldə yer tapa bilməyən turistlər daha çox şəhərin mərkəzində olan evlərə üstünlük verirlər.

O, həmçinin bildirib ki, qiyməti bazar tənzimlədiyi üçün artıma nəzarət etmək mümkün deyil. Bu artım çox qısa bir dövrü, yəni 10-15 günü əhatə edəcək. Noyabr ayının sonlarında isə kirayə mənzil qiymətləri yenidən enəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930