bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Gürcüstan və Ukrayna NATO-ya buna görə qəbul edilmir: Canlı qüvvə ancaq onlar olmalıdır

22-10-2024, 16:57 0 dəfə baxılıb





Avropadan və Amerikadan istənilən səviyyəli siyasətçi bəyan edir ki, o, NATO-nun Rusiya ilə münaqişədə iştirakına imkan verməyəcək, bu, 2008-ci ildə planlaşdırılıb, Gürcüstan və Ukraynanı ona görə saxlayıblar, ona görə də NATO-ya qəbul olunmayıblar.

Bunu “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili deyib.

“2008-ci ildə NATO-nun sammitində Ukrayna və Gürcüstan NATO-ya qəbul edilmədi və buna görə müxtəlif ölkələr günahlandırıldı, amma reallıq tamam başqadır, bir-iki ölkə onları blokladığına görə deyil, faktiki olaraq NATO koordinatorlarının Ukrayna və Gürcüstanı qəbul etmək istəyi yox idi”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, bu kontekstdə Qərb siyasətçilərinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı bəyanatları diqqətə layiqdir - “canlı qüvvə ancaq ukraynalılardan ibarət olmalıdır”.

“Məhz buna görə də hər iki ölkəni, Gürcüstanı və Ukraynanı saxladılar. NATO-ya üzv olmaqdan imtinanın səbəbi də bu idi. Bilirsiniz, bizim regionda çox ağır müharibə gedir. Dost ölkəmiz Ukrayna çətin günlərdən keçir, Rusiya ilə müharibə gedir. Əvvəllər, 2008-ci ildə biz çox çətin dövrlər yaşayırdıq. Bu gün Qərb siyasətçiləri tərəfindən çoxlu bəyanatlar verilir ki, onlar NATO-nun Rusiya ilə müharibəyə girməsinin qarşısını almaq üçün hər şeyi edirlər. Deyirlər ki, Ukraynaya silah verəcəyik, pul verəcəyik, bütün imkanları verəcəyik. Avropa və Amerikadan siyasətçilər deyirlər ki, biz heç bir halda NATO-nun Rusiya ilə münaqişədə iştirakına imkan verməyəcəyik. Bu, 2008-ci ildə də nəzərdə tutulmuşdu”, - İvanişvili bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930