Türkiyə aviaşirkətləri İrana uçuşları LƏĞV ETDİLƏR
Türkkiyə aviaşirkətləri - "Pegasus" və "Turkish Airlines" İrana və İrandan əks istiqamətə bütün uçuşları ləğv edib.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Hər iki aviaşirkətin internet saytında noyabrın 1-dən əvvəlki tarixlər üçün aviabilet seçmək mümkün deyil.
Qeyd edilib ki, belə qərar İsrailin bu ölkəyə zərbə endirə bilmə qorxusu ilə bağlıdır.
Oktyabrın 22-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-leytenantı Məhəmməd Əli Cəfəri bəyan edib ki, İran İsraildən məhdud cavab zərbəsi endirməyə hazırlaşır.
Oktyabrın 17-də “The Washington Post” İsrail rəsmilərinə istinadla yazıb ki, İsrail yaxın günlərdə İrana hücum edə bilər, lakin hədəflərlə bağlı qərar hələ qəbul edilməyib.
Oktyabrın 1-də İran İsrailə yüzlərlə raket atı. Onların əksəriyyəti ələ keçirilib. İsrail tərəfi İranın nüvə obyektlərinə zərbə endirmək variantı da daxil olmaqla, buna cavab verəcəyini vəd edib.
ABŞ prezidenti Co Bayden jurnalistlərə deyib ki, Vaşinqton İranın raket hücumuna İsrailin cavabının təfərrüatlarını bilir.
Rusiya İsraili hətta İranın nüvə obyektlərinə hücum ehtimalına qarşı xəbərdarlıq edib .