bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Miqreni adi başağrısından necə ayırmaq olar?

1-11-2024, 18:11 0 dəfə baxılıb



Miqrenləri adi baş ağrılarından fotofobiya və ürəkbulanma əlamətləri ilə ayırd etmək olar.

Bu barədə rusiyalı tibb elmləri namizədi, elmi işçi Anastasiya Belopasova Lenta.ru-ya müsahibəsində danışıb.

Onun sözlərinə görə, miqren tutması fonofobiya və fotofobiya, ürəkbulanma və nadir hallarda qusma ilə müşayiət olunur. Bu qəbildən tutmalar yüksək intensivlikli, adətən birtərəfli, pulsasiya edən baş ağrısı ilə xarakterizə olunur. Miqrendən qaynaqlanan başağrısı, hər şeydən əlavə, fiziki yüklənmə zamanı güclənir.

"Miqren tutması dörd saatdan 72 saata qədər davam edə bilər", - deyə Anastasiya Belopasova bildirib.

Onun sözlərinə görə, miqren 50 ildir tədqiq edilməsinə baxmayaraq, onun yaranma mexanizmi tam olaraq müəyyən edilməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930