Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə göndərdi
Amerikanın "B-52 Stratofortress" bombardmançı təyyarələri Yaxın Şərqə göndərilib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"B-52 Stratofortress" strateji bombardmançı təyyarələri Minot Hərbi Hava Qüvvələri bazasında yerləşdirilən beşinci qanadın bir hissəsi olaraq CENTCOM-un məsuliyyət zonasına gəliblər.
Bundan əvvəl Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib ki, Birləşmiş Ştatlar İranla müharibə axtarmır və Tehranın son raket zərbəsinə cavabı ilə bağlı İsraildən dəq almaq istəyir.
Həmçinin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) keçmiş komandanı, general Kennet Makkenzi də əyan edib ki, İran hakimiyyəti mümkün danışıqlarda ABŞ-a təzyiq göstərmək üçün atom silahının yaradılması məsələsində "nüvə Rubikonu"nu keçmək niyyətindədir.
Makkenzi əlavə edib ki, İran hazırda “küncə sıxılıb” və buna görə də onun hakimiyyəti belə bir addım atmağa cəsarət etməyəcək. Generalın sözlərinə görə, oktyabrın 1-də İsrailin atəşə tutmasından sonra Tehran ciddi nəticə əldə etməyib və müttəfiq Livanın "Hizbullah" hərəkatının rəhbərliyi də məhv edilib.