bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bu gecə yuxuma gəlmişdin yenə

5-11-2024, 08:39 14 dəfə baxılıb













Bu gecə yuxuma gəlmişdin yenə,
Göydən yerə enən bir mələk kimi.
Cənnət bağçasında gülə, çəmənə
Qonan allı-güllü kəpənək kimi.

Yenə də dil susdu, gözlər danışdı,
Sən demə yuxuda danışmaq olmur.
Ayıldım; Ürəyim yandı, alışdı,
Heyif ki, yuxuda alışmaq olmur.

Bir zaman qaynayan bulağın gözü
Yenə cana gəldi, yenə çağladı.
Son qoydu vüsala şeytanın sözü,
İldırımlar çaxdı bulud ağladı.

Şirin bir yuxuymuş demə məhəbbət,
Kaş ki, bu yuxudan ayılmayaydıq.
Ayıldım, yenidən başladı həsrət,
Kaş ki, heç sevgili sayılmayaydıq.

Müəllif: Dövlət qulluqçusu Səfərov Roman Yadelli






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031