Qar döşənmiş pillələr...
Gecə yarı, xəyallara dalıram,
İlk görüşü, son görüşü anıram.
Daş pilləni hey yadıma salıram,
Qalxır-enir yavaş - yavaş pillələr.
Yuxuma gəl, qar döşənmiş pillələr...
Xatirələr hey canlanır gözümdə,
Şirin sözün yaddaşımda, sözümdə.
Sənli, sənsiz qocalıram özüm də,
Qalxır-enir yavaş - yavaş pillələr.
Yuxuma gir, qar döşənmiş pillələr...
Şəhla Yaşar sorağında gəzərsən,
Sözlərinə bal-şəkəri düzərsən,
Qəribsəyib birdən sən də deyərsən
Qalxır-enir yavaş - yavaş pillələr.
Yuxuma gir, qar döşənib, pillələr...
Bakı şəhəri, 07.08.2022-ci il.
“Qızıl Qələm” media mükafatı laureatı Şəhla Yaşar qızı Qəmbərova (Şəhla Yaşar)
Bizimlider.com