bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İqtidar-müxalifət görüşündə Qarabağ gərginliyi

11-09-2019, 17:01 88 dəfə baxılıb

İqtidar-müxalifət görüşündə Qarabağ gərginliyi
"Niyə digər münaqişələrlə bağlı da Minsk qrupu kimi vasitəçi təşkilat yoxdur?".

Bizimlider.com modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Demokrat Partiyasının sədri (ADP) sədri Sərdar Cəlaloğlu iqtidar və müxalifət partiyalarının birgə iştirak etdiyi dəyirmi masada deyib.

ADP sədri söyləyib ki, Minsk qrupunun məqsədi Qarabağı hansısa formada Azərbaycandan alıb, Ermənistana verməkdir.

Sərdar Cəlaloğlu bu fikirləri YAP sədrimnin müavini-icra katibi Əli Əhmədovun etirazına səbəb olub. YAP rəsmisi qeyd edib ki, heç bir beynəlxlaq təşkilatın hansısa dövlətin daxili işlərinə müdaxilə etmək səlahiyyəti yoxdur: "Minsk qrupu kimi təsisatlar sadəcə vasitəçilik funksiyasını yerinə yetirə bilər. Bu və ya digər məqamlarda qeyri-ciddi arqumentlər gətirməklə mətbuata insanları çaşdıran fikirlər yönəltmək düzgün deyil".

Ə.Əhmədov Sərdar Cəlaloğlunun Prezident İlham Əliyevin Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev arasındakı görüşlə bağlı səsləndirdiyi fikirlərə də cavab verib: "Patruşevlə danışıqlarda sən Sərdar Cəlaloğlu iştirakmı etmisən?! Bilmədiyin halda niyə ağlına gələn bəyanatlarla çıxış edirsən?! Bizdə də "Dostluq" ordeni var. Rusiyada da həmçinin bu ənənə var. Bu, torpağın qorunmasına və müdafiə olunmasına görə deyil. Sadəcə, dövlətlər və ölkələrarası münasibətlərə töhfə verildiyinə görə verilir. Qeyri-ciddi fikirlər deməklə mətbuatı çaşdırmaq lazım deyil. Biz burada dedi-qodu ilə məşğul olmamalıyıq. Halbuki, müzakirə mövzusu başqadır. Etiraf etmək lazımdır ki, Azərbaycanın hansısa səviyyəyə qalxdığını hər kəs yaxşı bilir. 20 il əvvəlki Azərbaycan indiki kimi idi?!".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930