bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ombudsman Aparatı azad olunmuş ərazilərdəki məktəblərdə maarifləndirmə tədbirləri keçirdi

9-11-2024, 22:11 0 dəfə baxılıb



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatı tərəfindən ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərimizdə yerləşən təhsil müəssisələrində uşaq hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirləri təşkil edilib.

Bu barədə Ombudsman Aparatının Mətbuat xidmətindən bildirilib.

Aparatın Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşları tərəfindən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə, Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə, Cəbrayıl şəhər Mehdi Mehdizadə adına tam orta məktəbdə, Zəngilan rayon Ağalı kənd tam orta məktəbində “Uşaq hüquqları və müdafiə mexanizmləri”, “Təhsil işçilərinin uşaq hüquqlarının müdafiəsində rolu” mövzularında maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərdə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və onun rəhbər prinsipləri, uşaqların zərərli təsirlərdən müdafiəsi, erkən evlilik, bullinq, uşaq əməyi mövzularında şagirdlərə məlumat verilib, milli və beynəlxalq müdafiə mexanizmləri, xüsusilə də Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində genişmiqyaslı fəaliyyəti diqqətə çatdırılıb. Eyni zamanda, təhsil işçiləri ilə uşaqların ayrı-seçkiliyin bütün formalarından müdafiəsi, uşaqlara qarşı zorakılığın yolverilməzliyi, təhsilverənlərin vəzifələri, bu sahədə mövcud problemlər və həll yolları istiqamətində müzakirələr aparılıb, mövzular ilə əlaqədar iştirakçıların sualları cavablandırılıb.

Maarifləndirmə tədbirlərindən ümumilikdə 240 nəfər şagird, 62 nəfər pedaqoji heyət faydalanıb. Tədbirlərdə Müvəkkilin təşəbbüsü ilə aylıq çərçivəsində BMT-nin Uşaq Fondunun Azərbaycandakı Nümayəndəliyi ilə birgə əməkdaşlıqda hazırlanmış “Uşaq hüquqları haqqında” Konvensiyanın uşaqlar üçün anlaşılan dildə nəşrləri paylanılıb.

Səfər çərçivəsində, həmçinin Zəngilan rayon Ağalı kənd körpələr evi-uşaq bağçasında yaradılmış şərait, ümumilikdə uşaq hüquqlarının təmini vəziyyəti araşdırılıb, müəssisənin işçi heyəti ilə fəaliyyətlə bağlı hüquqi maarifləndirici söhbətlər aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930