bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz et

26-11-2024, 10:11 0 dəfə baxılıb



Yapon alimləri ən ciddi beyin xəstəliklərindən olan Alsheymerin aşkarlanması üçün diaqnostikada kömək olan 3 sualı təyin ediblər.

Koqnitiv düşüyün başlandığını xəstəyə bu sualları verməklə təxmin etmək olar:

1. İnsan səbəbsiz təşviş və narahatlıq keçirirmi?

2. Sonuncu dəfə nəyə sevinib?

3. Hansı xəbərlər onun diqqətini cəlb edir?

Bu metod 107 xəstə və 47 sağlam könüllü üzərində sınanıb.

Cavablar alındıqdan sonra beynin skanı edilib.

Məlum olub ki, insanın sevinməməsi, niyə sevinmədiyini ətraflı izah etməməsi və gündəlik xəbərlərə marağının olmaması Alsheymer xəstəliyinin ilkin mərhələsinin əlamətləri ola bilər.

Eləcə də uzaq keçmişdə olan hadisə və məlumatların unudulması siqnal hesab edilir.

Alimlərin fikrincə, 3 sual metodu birincili diaqnostika üçün vacib ola bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031