Prezident İlham Əliyev Azərbaycana Zəfər bəxş etmiş titanik rəhbər kimi əbədi yaşayacaq!
Azərbaycanın müstəqil dövlət kimi dayanıqlı inkişafını təmin edən mühüm amillərdən biri xalqın öz liderinə güvənməsi, onun siyasətini tam dəstəkləməsidir. Ümumiyyətlə, 2003-cü ildən ölkəmizə rəhbərlik edən Prezident İlham Əliyevə xalq tərəfindən verilən dəstək bir daha göstərir ki,Azərbaycan cəmiyyəti Prezidentin apardığı daxili və xarici siyasət kursunu dəstəkləyir və Onun yanındadır. Bu gün Azərbaycan dövlətçiliyinin daha da inkişaf etməsinin şahidiyik. Bu gün Azərbaycan coğrafi baxımdan kiçik ölkə olmasına baxmayaraq böyük, qlobal layihələrlə məşğuldur.Bu qlobal layihələrin həyata keçirilməsi olduqca çətin prosesdir. Təsadüfi deyil ki, son illər ərzində Prezident İlham Əliyevin iradəsi ilə reallaşan Bakı-Tiblisi-Qars, TAP, TANAP və digər qlobal layihələr Azərbaycanı istəməyən qüvvələr, o cümlədən dünya ermənilər tərəfindən ciddi qıcıqla qarşılandı.
Onu da qeyd etmək vacibdir ki, dövlət başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında imzaladığı sərəncamlar Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilk ənənələrinə böyük dəyər verildiyinin bariz nümunəsidir.
44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan ordusu tam Qələbə qazanmışdır. Dekabrın 2-də Prezidentin Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis edilmişdir. İkinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bu gün bir daha baş əyir,onlara Allahdan rəhmət diləyirik. Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.
Prezident İlham Əliyev Azərbaycan dövlətçilik tarixinə adını qızıl hərflərlə yazdırmış tarixi şəxsiyyət, Azərbaycana Zəfər bəxş etmiş titanik rəhbər kimi əbədi yaşayacaq!
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş komandanımız, məğlubiyyətlə üz-üzə qalan xalqımızı qalib xalq zirvəsinə yüksəldən, onun milli ləyaqətini, şərəfini ucaldan və qürur gətirən cənab İlham Əliyevi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, dövlət başçımıza uzun ömür, can sağlığı və ölkəmizin infişafı, rifahı istiqamətində həyata keçirdiyi davamlı fəaliyyətində yeni-yeni nailiyyətlər, uğurlar arzu edirəm.
Ramiz Nurullayev