bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Nə baş veribsə, Qroznıda olub - Ekspertdən ŞOK AÇIQLAMA

26-12-2024, 11:56 1 dəfə baxılıb

 

Xəbər verdiymiz kimi, dünən Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

"Hələ də məlum təyyarə qəzasının səbəbilə bağlı ağlabatan bir açıqlama yoxdur. Prezidentin tapşırığı ilə Komissiya yaradılıb, istintaq və araşdırma aparılır".

Bunu  Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib:

"Hələlik yalnız bir düşündürücü rəsmi açıqlama var. AZAL Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reyslərin dayandırıldığını bildirib.

Görəsən nə üçün?

Qroznıda nə baş verib ki, AZAL uçuşları dərhal dayandırıb. Hansı ki, indiyədək bu baş verməmişdi.

Yəni bu rəsmi açıqlamadan görünən odur ki, nə baş veribsə Qroznıda olub. Təyyarənin görüntülərindən, Flightradar datasından da görünür ki, Qroznı üzərində təyyarənin idarəetməsində problem yaranıb.Beləliklə, AZAL-ın rəsmi məlumatı, Flightradar məlumatları, təyyarənin trayektoriya boyunca idarəetmə problemləri düşünmək üçün əsas verir ki, Qroznı üzərində olarkən təyyarədə nəsə baş verib.

Versiyalardan biri isə odur ki, təyyarə Qroznı üzərində olarkən Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin dronlara qarşı həyəcan siqnalı verilib, dronlarla bərabər (həmin anda dron hücumu olması məlum deyil) təyyarə də vurulub. Əlbəttə, bu versiyalardan birisidir. Daha ağlabatan görünəndir. Rusiya tərəfi isə daha çox quş sürüsü ilə toqquşma versiyasını irəli sürüb. Eyni zamanda hava şəraiti ilə bağlı ola biləcəyi versiyası da irəli sürülüb. Daha dəqiq məlumat isə güman ki "qara qutu" açılandan sonra , ciddi araşdırmalardan sonra komissiya tərəfindən veriləcək. Yeri gəlmişkən, ekipajın həqiqətən də "nəsə baş vermiş" təyyarəni uzun müddət idarə etməsi və qəza enişinədək gətirib çıxarması ağlasığmazdır .

Sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir və xəsarət alanların da tezliklə şəfa tapmasını arzulayıram".

Qeyd edək ki, hadisə nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031