bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Orxan Əsgərovun qızı: "İki ildir İran məhkəməsinin qərarını gözləyirdik"

27-01-2025, 13:00 0 dəfə baxılıb

 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30-da səfirliyimizə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

Bizimlider xəbər verir ki, Modern.az Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qızı Aysu Əsgərli ilə əlaqə saxlayıb.

Şəhidin qızı açıqlamasında bildirib ki, iki il İran məhkəməsinin qərarını gözləyiblər:

"Nəhayət, qərar təsdiqləndi. Bunun haqqında deyəcəyim heç bir söz yoxdur. Sadəcə hisslər var. Edam hökmünün icrası zamanı mən yox, babamın iştirakını çox istərdim. Azərbaycanda atamın xatirəsini heç vaxt unutmurlar. Edam hökmünə qərar verilməsində bunun böyük rolu olub. Anam da, mən də heç vaxt onu unutmuruq".

Xatırladaq ki, Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qızı Türkiyədə ali məktəbə qəbul olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031