bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Daha bir ölkə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı silahlı hücumu pisləyib

30-01-2023, 13:41 3 dəfə baxılıb


Paraqvay hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyir.

“Report” xəbər verir ki, bu barədə Paraqvayın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Paraqvay hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyir, bu hərəkətlərin qəbuledilməz olduğunu bildirir, qurbanın ailəsinə başsağlığı verir, yaralıların tezliklə sağalmasına ümid edir və faktların operativ şəkildə aydınlaşdırılmasını tələb edir”, - bəyanatda qeyd olunur.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanmış şəxs səfirliyin binasına zorla daxil olub, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.

Terror aktı ilə əlaqədar Azərbaycanın Tehrandakı səfirliyi fəliyyətini tamamilə dayandırıb, diplomatik korpusun əməkdaşları və onların ailə üzvləri Bakıya təxliyə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031