bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İnanılmaz kəşf: Bitkilər yalan danışır və qeybət edirlər

3-02-2025, 15:30 1 dəfə baxılıb

 Böyük Britaniya və Niderlanddan olan beynəlxalq alimlər qrupu belə qənaətə gəliblər ki, bitkilər öz mənfəətləri və sağ qalmaq üçün bir-birlərini aldada bilirlər.

Bizimlider xəbər verir ki, tədqiqat "Proceedings of the National Academy of Sciences" (PNAS) elmi jurnalında dərc olunub.

Bildirilib ki, bitkilər köklərini birləşdirən yeraltı göbələk sistemi olan mikorizal şəbəkə vasitəsilə əlaqə qururlar. Onlar öz qonşularını təhlükə barədə xəbərdar edirlər. Lakin bəzən yalançı təhlükə xəbərdarlıqları da ola bilər. Bu, canlı orqanizmləri yalançı təhlükəyə qarşı müdafiəni aktivləşdirmək üçün çoxlu resurs sərf etməyə məcbur edir.

"Ola bilsin ki, bitkilər qeybət edən qonşular kimi sadəcə olaraq bir-birini dinləyirlər. Və ya mikorizal şəbəkəsindəki göbələklər karbohidrat mənbələrini qorumaq üçün yalançı hücum haqqında məlumat ötürürlər", - tədqiqatın həmmüəllifi Tobi Kirs bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031