bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İnsanlar hələ 5200 il əvvəl təbiəti zəhərləməyə başlayıblar

Bugün, 19:30 0 dəfə baxılıb

 Heydelberq Universitetinin alman alimləri insanların ətraf mühiti qurğuşunla çirkləndirməyə hələ 5200 il əvvəl başladığını aşkar ediblər. Kəşf Egey dənizinin dibindən və Yunanıstanın sahilyanı ərazilərindən toplanan çöküntünün təhlili nəticəsində edilib.

Bizimlider xəbər verir ki, tədqiqat "Communications Earth & Environment" (CEE) elmi jurnalında dərc olunub.

Komanda insan fəaliyyətinin quru və dəniz ekologiyasına necə təsir etdiyini anlamaq üçün 14 çöküntü materialını təhlil edib. Torf bataqlığından götürülmüş nümunələrdən birində eramızdan əvvəl 3200-cü ilə aid qurğuşun izləri olub. Bu, ətraf mühitin ağır metallarla antropogen çirklənməsinin ən erkən məlum sübutudur.

Tədqiqat həmçinin bu dövrdə dəniz çöküntülərində qurğuşun çirklənməsinin göründüyünü müəyyən edib. Bu, insan fəaliyyətinin artıq ətraf mühitə ciddi təsir etdiyini göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728