bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Mingəçevirdə baş verən dəhşətli qəzada xəsarət alanların son durumu AÇIQLANDI

15-02-2025, 22:00 1 dəfə baxılıb

 Mingəçevirin Aran qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

Bu barədə Bizimlider-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, iki nəfərin vəziyyəti ağırdır:

"Fevralın 15-i saat 01:10-da Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan dörd nəfər (ikisi qadın cinsli, ikisi kişi cinsli) hospitalizasiya olunub.

Müxtəlif növ bədən xəsarətləri alan şəxslər müvafiq tibb müəssisələrinə yerləşdiriliblər. Onların müalicələri davam etdirilir. Hazırda iki nəfərin vəziyyəti ağır, digərlərinin isə stabil qiymətləndirilir".

Aygün Mirakif

Mingəçevirin Aran qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizimlider "Teleqraf"a istinadla xəbər verir ki, gecə saatlarında "KIA Sorento" markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil dəmiryol xəttinin orta hissəsinə düşüb. Həmin vaxt qeyd edilən ərazidə qatar hərəkətdə olmayıb.

Hadisə nəticəsində dörd nəfər ağır xəsarət alıb. Onlardan ikisi qadındır.

Kişilərdən birinin vəziyyətinin çox ağır olduğu bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031