bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ağır xəstəliklə mübarizə aparan türkiyəli məşhur müğənninin vəziyyəti kəskin pisləşdi

17-03-2025, 11:30 0 dəfə baxılıb

 Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan məşhur türkiyəli müğənni Tanyelinin səhhəti pisləşib.

Bizimlider-in "Haber Global"a istinadən verdiyi xəbərə görə, o, ağciyərlərin süni ventilyasiyası aparatına qoşulub.

Qeyd edək ki, Tanyeli son dəfə fevralın 27-də sosial media hesabında paylaşım edib:

"Məni düşünənlər... Narahat olmusunuz, bunu başa düşürəm və bu mənim üçün yükdür. Xəstəxanadayam, Allah qismət etsə, bu gün - sabah evə buraxılacağam, inşallah. Adətən müalicə üçün qəbul etdiyim dərmanlar yuxu gətirir və mən yatıram, mesajlara cavab verə bilmirəm. Haqqınızı halal edin. Ağrılarım çoxdur və hər kəsə ayrı-ayrılıqda yazmağa, danışmağa gücüm çatmır. Allaha əmanət olun, mənə ən gözəl hədiyyə dualarınızdır", - deyə o paylaşımında bildirmişdi.

Hazırda Tanyelinin müalicəsi davam edir. Ailəsi, yaxınları və sevənləri onun sağalması üçün dua edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031